نگاهی به تاریخ موسیقی آذربایجانی در عهد صفوی-احمدی زاده

 

İran Azərbaycanı

Məhəmməd Əhmədizadə: Səfəvilər dönəmi musiqi tariximizin qırılma nöqtəsidir [Audio]

Əlirza Quluncu

Təbrizli musiqiçi Məhəmməd Əhmədizadə Güney Azərbaycanda musiqişünaslıq (musicology) sahəsində fəaliyyət göstərməyə maraq olmadığını bildirib. Ankarada musiqi müəllimi kimi çalışan güneyli sənətçi Amerikanın Səsi ilə söhbətdə türklərin tarixində din və musiqi arasındakı əlaqə, böyük alim Urmiyəli Səfiəddinin türk və ərəb musiqisinin sistemləşdirilməsindəki rolu, eləcə də Səfəvilər və Qacarlar dönəmində musiqi sənətinin durumunu şərh etməklə yanaşı, İranda məqam və Azərbaycandamuğamın inkişafında şiə məzhəbi və mərsiyyə musiqisinin təsirlərini dəyərləndirib.

Məhəmməd Əhmədizadə: Səfəvilər dönəmi musiqi tariximizin qırılma nöqtəsidir
 

Məhəmməd Əhmədizadə güneydə müxtəlif musiqi janrları, yaxud musiqi tarixi ilə bağlı tənqidi müzakirələrin müşahidə olunmamasını güneyli musiqiçilər arasında musiqişünaslığa maraq göstərilməməsinə bağlayır:

Güney Azərbaycanda musiqi üzərində çalışanlar müzikoloji sahəsi ilə maraqlanmamışlar. Hətta İran xaricində universitet və konservatoriyaya gedənlər daha çox ifaçılıq və bəstəkarlığa ilgi göstərmişlər. Təəsüflə bu qonuda geridə qalmışıq.

“Güney Azərbaycanda musiqi üzərində çalışanlar müzikoloji sahəsi ilə maraqlanmamışlar. Hətta İran xaricində universitet və konservatoriyaya gedənlər daha çox ifaçılıq və bəstəkarlığa ilgi göstərmişlər. Təəssüflə bu sahədə geridə qalmışıq.”

Azərbaycan və İranda din və musiqi arasındakı bağı dəyərləndirən musiqi müəllimi bu əlaqənin sadəcə bu günə məxsus olmadığına diqqət çəkir.

Onun dediklərinə görə, “türklərin tarixində musiqi və din arasında çox yaxın bir əlaqə mövcud olub. Hətta keçmişdə musiqiçilər eyni zamanda din adamı kimi də tanınıblar.” O, bu haqda Şaman anlayışının daşıyıcıları kimi tanınan Baxşilərə işarə edir.

İslam tarixinin üç böyük musiqi alimləri kimi tanınan Əbunəsr Farabi, Urmiyəli Səfiəddin (Urməvi) və Marağalı Əbdülqadirin musiqi elminə gətirdikləri yeniliklər haqqında danışan Məhəmməd Əhmədizadə Urməvinin yaşadığı 13-cü əsri Azərbaycanda musiqinin parlaq dönəmi kimi qiymətləndirir.

Urmiyəli Səfiəddin Musiqi Nəzəriyyəsi üzrə yazmış ən qədim musiqi alimlərindən biridir

Urmiyəli Səfiəddin tərəfindən təqdim edilən nəzəriyyələr ilə başlayan və Türk və Ərəb musiqisinin təməlini təşkil edən bir tarixi prosesdən söz edən güneyli musiqiçi bu prosesin Səfəvilər dönəmində bir “qırılma” yaşadığını önə çəkir.

“15-ci əsrdə Səfəvilərin hakimiyyətə gəlməsi və şiəliyin yayılması nəticəsində türk musiqi alimləri, böyük sənətçilər və ədəbiyyatçılar bu bölgəni tərk edib, Osmanlı sarayına yerləşirlər. Səfəvilər dövrü bir qırılma nöqtəsidir və bu dönəmə musiqimizdə bir sistemsizlik dönəmi demək olar,” deyə o qeyd edir.

Əhmədizadənin dediklərinə görə, “Qacarlar bu sistemsizlik məsələsini həll etməyə çalışaraq şiə məktəbinə uyğun olaraq bir sistem yaratmağa cəhd edirlər. Amma onlar Urməvinin qurduğu sistemə (ədvar) yanaşmırlar, çünki artıq o sistem Ərəb və Türk-Osmanlı musiqisinin təməlini təşkil edirdi.”

O, bu prosesdə mərsiyyə mədəniyyətinin önəmli rol oynadığını vurğulayır.

Məhəmməd Əhmədizadə həmçinin hazırda İran Azərbaycanında xalq və aşıq musiqisinin durumu ilə bağlı düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

 VOA Amerikanın Səsi
انتشار از: 

دیدگاه‌ها

تصویر آ. ائلیار

نظر : 
زادگاه ما سرزمین هنرمردمی و اندیشه های بزرگ انسانی ست.خوشحالم که دوستان در مسر فرهنگی و هنری خود میکوشند.
و همیشه آرزوی موفقیت آنان را دارم. موفقیت آنها سعادت من است.
عدم انتشار شده: 
false

نظر : 
ممنونام ائلیار جان!
دوز دئییرسن، قلیظ اولموش. آمما نئجه ائله مک، بوردا اوشاقلارین موسیقی موعللیمی اولماق منی مجبور ائله دی هم تاریخ نادیرینی اوخویام، هم ده بئله دانیشماغا عادت ائله یم.
از لطفت سپاسگزارم ائلیار عزیز.
عدم انتشار شده: 
false
تصویر آ. ائلیار

نظر : 
احمدی زاده ی عزیز،
چوخ ساغ اول. گؤزه لدی. توضیحات جالبی بود. برای من تازگی داشت.
آ دوست قلیظ دانیشیرسان-بو یازیقلار نئجه آنلاسینلار؟ تاریخ نادرین قاتین آچمایب لار.
عدم انتشار شده: 
false

افزودن نظر جدید

لطفا نظر خودتان را فقط یک بار بفرستید. کامنتهای تکراری بطور اتوماتیک حذف می شوند و امکان انتشار آنها وجود ندارد.

CAPTCHA ی تصویری