رفتن به محتوای اصلی

زخمها F. Kərimli : Yaralar
02.10.2015 - 03:29

 

برگردان: A. Elyar

از وقتی که احساس کردم قلبم درد می کند تصمیم گرفتم پزشک بشوم.
آن موقع 20 سالم بود. اشتباهات زیادی را پشت سر گذاشته بودم. اما برداشتن قدمهای اشتباه هنر من بود.
درد خیلی وقت پیش از بیست سالگی شروع شده بود.به دنبال علت درد نیستم ، چرایش را نمیدانم. با شدت آن کار دارم.
خیلی جوان که بودم، نمی توانستم درونم را آشکار کنم و این مرا به شدت عذاب میداد. چون همه چیز مخفی بود. فکر کردم اگر زخمها دهن باز کنند میتوانم از عذاب آنها رها شوم. و نفس راحتی بکشم.
برای اینکه وقتی کسی زخم را نمی دید درست روی آن می کوبید و رد میشد.

آن درد شدید که احساس کرده بودم بعد ها کاهش یافت ، ولی خود درد ماند و مزمن شد. آن روز فهمیدم آدم یکبار زخمی میشود و در طی زمان یا خوب میشود یا آدمهای مختلف در ایام گوناگون آن را تازه و خونین میکنند؛ و نمیگذارند خوب بشود.
زخم را کسی نمی بیند اما همه درست از همان جا ، روی آن میکوبند. گویی کاری که  بشر از همان آغاز  به بهترین وجه از عهده ی آن برمیاید همین است. 

اکنون بسیار افسوس میخورم ، چرا که  براساس تجربه هایم تصمیمی را پی گرفتم که وقت تلف کردن بود . میخواستم پزشک و متخصصی باشم که برای احساسات دوا و درمان میساخت و آنها را به بیماریهای جسمی تبدیل میکرد.
می بایست راهی پیدا میکردم ناراحتی و زخم هر انسان را چون تومور مغزی و بیماری ریوی و غیره روی پوست اش نشان میداد و میشد دید. مطمئن بودم آدمها زخمهای همدیگر را نبینند به آنها باور نمیکنند. و تنها راهش آن بود که آنها را ببینند.اگر می دیدند همه چیز درست میشد. و حتی زخمها هم به تمامی خوب میشدند.مثلا در این سالها من نتوانستم به کسی حالی کنم که سلولهایم درد میکند و من این را بخوبی حس میکنم. نتوانستم بگویم روحم کنده میشود. در درونم . چون یخی که از آسفالت کنده میشود و می ریزد .تکه -تکه...

اما نمی شد دست برداشت. چیزی و هدفی در ذهنم بود. بدین سبب شب و روز مطالعه کردم. تکامل حیوانات و آناتومی و طبقه بندی ها و فرمولهای شیمیایی وغیره را. کوتاه ، شب و روز را یکی کردم . نمیخواستم فقط در دانشگاه تحصیل کنم. میخواستم همه چیز را دقیق و عمیق درک کنم. رسیدن به هدفم ضروی و حیاتی بود. بالاخره گام اول را برداشته و به دانشگاه رفتم. اما چیزی عوض نشد. مییبایست به مطالعه ادامه میدادم.

در آن روزها تنها کسی که دلگشایم ، و در سختیهای راهم مرا آرامش میداد ، هستیم «اود ریOdri» بود.
تازه دانشجو بودم هنوز نمی توانستم مستقل در آزمایشگاه کارکنم. از این رو بیشتر میتوانستم با اودری وقت بگذرانم. رشته یمان جدا بود ولی صحبت و ایام خوشی باهم داشتیم. کمترین حسن این رابطه آن بود که امکان میداد سختیهای رسیدن به هدفم را تاب بیاورم.وقت می یافتیم دیدار میکردیم و ساعتها باهم مشغول صحبت بودیم.اما من در مورد برنامه های آینده ام چیزی به او نمی گفتم.او فکر میکرد من تنها میخواهم پزشک بشوم و از این رو شیفته ی شغل پزشکی ام. و میکوشم.

می ترسیدم از اینکه خودم را مخفی کنم مرا نشناسند. همانطور که همه میکنند و کسی ندیده چیزی را نمی شناسد. بدین سبب تصمیم گرفته بودم صبر کنم. فکر میکردم وقتی دارو را درست کردم او هم مثل دیگران همه چیز را خواهد فهمید.
از اینکه مرا نفهمد و مجبور بشوم خودم را از او مخفی کنم هر چند که می ترسیدم ولی به اینکه او را دوست دارم مطمئن بودم...

سرانجام دانشگاه را به پایان بردم وبه عنوان پزشک شروع به کارکردم.همچنین در آزمایشگاه به آزمایشات ادامه میدادم. کمبود وقت داشتم، مجبور بودم پول دربیاورم. از موفقیت کوچک ماه گذشته بگذریم ، بیش از 5 سال گذشته بود که من هنوز به نتیجه جامعی، بعد از بارها امتحان و تجربه نرسیده بودم.  

تنها یکبار برای چند دقیقه توانستم احساسی را به زخم تبدیل کنم. از خاطرات بد دوران کودکی یکی را به یاد آوردم محلول را نوشیدم. بعد از چند ثانیه زخمی روی دستم پدیدار شد. در اصل از دیدن اینکه چنین حسی را سالهای سال توی خودم حمل میکردم مرا ترساند.حتی لحظه ای از دست خودم ناراحت شدم. تعجب کردم.در یک لحظه چندین احساس خود را دیده و تجربه کردم . و فهمیدم که دیدن احساس خیلی فرق دارد با حس کردن آن. و دیدنش خیلی سنگین است.متأسفانه این کار بیشتر به من در جهت هدفم روحیه میداد .دیگر مطمئن بودم که دیگران هم برخوردشان مانند من خواهد بود. آنها هم با دیدن زخمها بهتر مرا درک خواهند کرد. 
به تدریج در مدت چند سال برای پایداری زحمها کار کردم.خواستم اگر ممکن است برای همیشه روی بدن بماند.سرانجام محلولی را که میخواستم به دست آوردم.هنگام نوشیدن آن نا امید بودم.فکر میکردم این بار نیز مثل دفعات قبل بعد از 10 دقیقه چیزی روی پوستم نخواهد ماند.اما بعد از 24 ساعت دید م زخمها همچنان پا برجاست.یک یک به همه ی چیزهایی که مرا آزار داده بودند اندیشیده و از محلول نوشیدم.همه ی زخمها روی بدنم پدیدار شد. در بعضی چرک بود و از برخیها هم خون میامد.
زخمهایی که خون از آنها میامد درد درونم بود که نمی توانستم به دیگران نشان دهم . به این مطمئن بودم. چون در آخر به درونم فکر کرده بودم و زخمهای خون آلود هم در آخر پدیدار شد. عمرم را به این اختصاص داده بودم و سرانجام هم موفق شده بودم.

دوست و آشنا پیشم بودند. به همه نشان داده گفتم : « نگاه کنید! اینهاست آن چیزهایی که سالهاست از درون، مغز و روح مرا خورده و متلاشی کرده است. »
Odri هم پیش آنها بود. با تعجب آمیخته به ترس به چهره ام مینگریست. با نگاه به تنم وحشت برش میداشت.به چشمانش که دقیق میشدم حتی بیزاریش را نیز احساس میکردم. آنها نگاهم کردند. با درد لبخند زدند.از دوستانم یکی به آرامی و با نوازش روی زخمم زد و گفت :«خوب میشه، بهبود پیدا میکنی». غیر از این هیچ چیز...
آنها همه با تکان سرشان گفته ی او را تأیید کردند.به Odri نگاه کردم. او همچنان به من می نگریست.نزدیکم شد. از دستم گرفت و کشید و گفت:« این چیه؟ زشت به نظرمیرسی، زود باش بریم پیش پزشک.»
و شروع کرد مرا به بیمارستان ببرد. درحالی که  روی زخمم گرفته بود ...

 

 

Missing media item.

Yaralar

Ürəyimin düz ortasında ağrı hiss edəndə həkim olmağa qərar vermişdim.

Onda cəmi 20 yaşım var idi. Səhv addımların ən çox atıldığı yeniyetmə dövrü geridə qalmışdı, amma səhv addım mənim ayaqlarımın həyatımın bütün yaşlarında ən yaxşı bacardığı iş olub. Ağrılarım 20 yaşımdan çox-çox əvvəl başlamışdı. Nəyə görə isə ağlıma batmışdı ki, insanlara ağrının səbəbini yox, onun şiddətini göstərmək istəyirəm. Çox gənc idim və içimi heç kimə göstərə bilməmək mənə dəhşətli əzab verirdi. Belə qət etmişdim ki, bütün bunların tək səbəbi onların heç nəyi görməməyidir. Gözlərini açsam, ikiqat əzabdan xilas olacam, rahat nəfəs alacam.

Çünki heç kim heç nəyi görmədiyinə, bilmədiyinə görə həmişə düz ağrıların üstündən tapdayıb keçirdilər. Bir dəfə şiddətli ağrı yaşamışdım, ondan sonra ondan bir az zəif olmaqla mütəmadi təkrar olunurdu hər şey. Həmin gün, o ağrını hiss etdiyim gün başa düşmdüşmdüm ki, adam ancaq və ancaq bir dəfə yaralanır. O yara ya vaxt keçdikcə sağalır, ya da ki, fərqli vaxtlarda fərqli insanlar onu qanadır, sağalmağa qoymur. Yaranı heç kim görmür, amma hamı eyni yerdən, məhz onun üstündən vurur. Deyəsən bəşər övladının ən yaxşı öhdəsindən gəldiyi iş də elə budur.

İndi təəssüf edirəm ki, o illərdə yaşadıqlarıma görə həyatımı məhv edəcək bir qərar qəbul edib onun ardınca getdim. Həkim olub hissləri fiziki xəstəliyə çevirəcək dərman, ya da hansısa maddə yaratmaq istəyirdim. Bir yol tapacaqdım, o yolla hər insan üzüntsünü, incikliyini dərisində səpki, yara kimi, ciyərində xəstlik, beynində şiş və s. formada üzə çıxaracaqdı. Onda əmin idim ki, insanlar bir-birilərinə yaralarını göstərməsələr heç kimi buna inandıra bilməzlər və bütün ağrıların çarəsi də məhz onları açıb göstərməkdə idi . Görsələr, inansalar hər şey düzələ bilərdi. Hətta yaralar da tamamilə sağala bilərdi. Məsələn, mən həmin illərdə heç kimə izah edə bilmirdim ki, hüceyrələrim göynəyir, mən bunu hiss edə bilirəm. Deyə bilmirdim ki, ruhumu nəsə qazıyır. Elə bil ki, asfaltdan bellə buz qoparan kimi içimdən nəsə qopur tökülür. O qopduqca mən dağılıram. Hissə- hissə…

Amma dağılmaq olmazdı. Beynimdə bir hədəf, bir nöqtə var idi. Ona görə də gecə-gündüz oxudum. Cürbəcür tənliklər, kimyəvi formullar, heyvanların təkamülü, sinifləri, insan anatomiyası və s. Sözün əsl mənasında gecəmi gündüzümə qatmışdım. Məqsədim ali məktəbə daxil olmaq deyildi, çox yaxşı, hər şeyi dərinliyinə qədər bilən həkim olmaq istəyirdim. Çünki hədəfim çox vacib idi, mənim üçün həyati əhəmiyyət daşıyırdı. Axır ki, bu yolda ilk addımı ata bildim, ali məktəbə daxil oldum. Heç nə dəyişmədi, çünki yenə dayanmadan oxuyurdum.

O günlərdə ürəyimi açan, o qarışıqlıq, o çətinlik içində hədəfimə doğru qaçdığım yolun yorğunluğunda ruhumu dincəldən tək varlıq Odri idi. Hələ tələbə olduğumdan laborotoriyada sərbəst çalışacaq qədər təcrübəli və bilikli deyildim, ona görə də Odriyə ayırmağa kifayət qədər vaxtım var idi. Tamam fərqli sahənin adamları idik, amma yenə də söhbətimiz alınır, onunla xoş vaxt keçirirdik. Ən azından onun varlığı mənə imkan verirdi ki, məqsədimə çatmaq həvəsinin yaratdığı gərginliyə tab gətirə bilim.
Vaxt tapdıqca görüşürdük, saatlarla söhbət edirdik. Amma mən ona gələcək planlarım barədə heç nə demirdim. O sadəcə elə bilirdi ki, mən həkimlik peşəsinə vurulmuşam, ona görə bu qədər çalışıram. Özüm özümdən gizlətsəm də onun da hamı kimi məni anlamayacağından qorxurdum. Ona görə də səbrr etməyə qərar vernişdim. O dərmanı yaratdığlm gün, hamı kimi Odri də bir günün içində biləcəkdi hər şeyi. Onun məni anlamayacağından nə qədər qorxsam da, özümü ondan gizlətməyə çalışsam da onu çox sevdiyimə əmin idim…

Artıq ali məktəbi bitirib həkim kimi işləyirdim. Həm də laborotoriyada araşdırmalarıma başlamışdım. Vaxtım az qalırdı araşdırma üçün, amma pul qazanmağa məcbur idim. Artıq 5 il keçmişdi, amma mən hələ heç nəyə nail ola bilməmişdim. Ötən aykı xırda uğuru nəzərə almasaq. Bir neçə dəfə təcrübədən keçirmışdim, heç nə alınmamışdı.
Cəmi bir dəfə bir neçə dəqiqəlik də olsa hisslərdən birini yaraya çevirə bildim. Uşaqlıqdakı pis xatirələrdən birini xatırlayıb məhlulu içdim, bir neçə saniyə sonra qolumda yara əmələ gəlməyə başladı. Əslində illərlə içimdə daşıdığım bir hiss belə əyani görmək məni qorxutdu, bir an hətta özümə acıdım. Çsşdım, təəccübləndim, bir anın içində bir neçə duyğunu birdən yaşadım və anladım ki, öz ağrını hiss etməklə gözünlə görmək tamam fərqli imiş və görmək daha ağır imiş.

Təəssüf ki, bu, məni məqsədimə daha da ruhlandırmışdı. Artıq daha da əmin idim ki, hamı mənim kimi olacaq. Onlar da yaraları görəndə məni daha yaxşı başa düşəcəklər. Növbəti bir neçə ili də yaranın qalma müddətini uzatmaq üçün çalışdım. İstəyirdim ki, mümkündüsə həmin yaralar əbədi qalsın. Nəhayət istədiyim məhlulu alındıra bildim. Bu dəfə ki, məhlulu içəndə ümidsiz idim, elə bilirdim ki, bu dəfə də əvvəlkilər kimi 10 dəqiqə sonra dərimdə heç nə qalmayacaq. Amma 24 saat keçsə də yara olduğu kimi qalırdı. Bir-bir məni incidən hər şeyi düşünüb məhluldan içdim. Bütün bədənimdə yaralar əmələ gəldi. Bəzilərində irin var idi, bəzilərindən qan axırdı.

Qan axan yaralar içimi insanlara göstərə bilməmək dərdi idi. Bunun məhz həmin yaralar olduğöuna əmin idim çünki ən son bu dərdimi düşünüb içmişdim və ən son peyda olan yara da qanaxma olan yaralar idi. Az qala ömrümü həsr etmişdim buna nail olmağa və nail oldum. Tanıdığım, məni anlamayan hər kəs yanımda idi. Göstərdim hər kəsə. – Baxın, – dedim. – Bunlar idi illərdi içimdə ruhumu didib parçalayan, beynimi didən şeylər. Odri də onların yanında idi, təəccüb qarışıq qorxu ilə üzümə baxırdı. bədənimə baxdıqca dəhşətə gəlirdi, hətta gözlərinə diqqətlə baxanda iyrəndiyini də duyurdum. Onlar baxdılar. Kədərlə gülümsədilər. Dostlarımdan biri gəlib qolumdan düz yaramın üstündən ehmalca, nəvazişlə vurub yaxşı olacaq. Sağalacaq dedi. Başqa heç nə…
Onlar hamısı başı ilə onu təsdiqlədilər. Odriyə baxdım. O da mənə baxırdı bayaqdan. Mənə yaxınlaşdı qolumdan tutub dartdı və “Bu nədir? İyrənc görünürsən, tez həkimə gedək” deyib məni xəstəxanaya doğru aparmağa başladı. O da yaranın üstündən yapışmışdı…

Fatimə Kərimli

31.07.2014

دیدگاه‌ و نظرات ابراز شده در این مطلب، نظر نویسنده بوده و لزوما سیاست یا موضع ایرانگلوبال را منعکس نمی‌کند.

آ. ائلیار

فیسبوک - تلگرامفیسبوک - تلگرامصفحه شما

توجه داشته باشید کامنت‌هایی که مربوط به موضوع مطلب نباشند، منتشر نخواهند شد! 

افزودن دیدگاه جدید

لطفا در صورتیکه درباره مقاله‌ای نظر می‌دهید، عنوان مقاله را در اینجا تایپ کنید

متن ساده

  • تگ‌های HTML مجاز نیستند.
  • خطوط و پاراگراف‌ها بطور خودکار اعمال می‌شوند.
  • Web page addresses and email addresses turn into links automatically.

لطفا نظر خودتان را فقط یک بار بفرستید. کامنتهای تکراری بطور اتوماتیک حذف می شوند و امکان انتشار آنها وجود ندارد.

CAPTCHA
لطفا حروف را با خط فارسی و بدون فاصله وارد کنید CAPTCHA ی تصویری
کاراکترهای نمایش داده شده در تصویر را وارد کنید.