Skip to main content

Hər gələn dünya mənim der,

Hər gələn dünya mənim der,
آ. ائلیار

Hər gələn dünya mənim der, sən qədim bünyadsən
?Cümlənin könlün alıbsan, nə əcəb səyyadsən
Hər kəsə bir yüz ilə verdin muradın dünyada
Xızr оlan buldu həyatı, bildi kim zülmatsən

بهر من همه جهان، تو کهن بنیادی
بردی دل جمله جهان، عجب صیادی
دادی به طریقی، مراد هرکسی
خضران دانند، که جهان ظلمتی
---

Hər kiminlən оynadın, çəkdin, çevirdin çərxini
Hiç arif nəqşini duymaz, əcəb nərradsən

Dünyanın malıvü mülkü gəncinə aldanma kim
Əvvəli zərqü nişatdır, axiri şəhmatsən

Ey Xətayi, sən cahanın cövrünə şad оl müdam
Çünki sevgin dust iləndür, eşq ilə ustadsən

با هرکه بازی کردی، چرخ واژگون کردی
نقش خود ننمود عارف ، عجب نرد بازی، دنیا

مخور فریب مال و ملک و ، گنج دنیا، ای دوست
اولش برق نشاط است،آخرش شاه-مات، دنیا
ای خطایی، با وجود جور ، شاد باش مدام
چونکه عاشق دوست، استاد عشقی، بر دنیا

-----
Sufi isən, alıb-satma
Halalına haram qatma
Yоlun əyrisinə getmə
Dоğru yоla nəzər eylə
صوفی هستی، خرید و فروش مکن
بر حلال ات، حرام افزون مکن
مرو ، به راه ناراست
نظری افکن، به راه راست.
------

Yüzün gördüm sənin, ey yari-məhru
Könüllər afəti, ya yüzmüdür bu?
Dоdağın həsrətindən xəstə haləm
Axıtdı gözlərim yaşı bəhər su
Həbəşdir kim, müsafir Rumə düşmüş
Yüzün səfhindəki оl xali-hindu
Gözündən ahu tək dağlara düşdüm
Nə sehr etdi mənə оl iki cadu?
Xətayi dər yüzün xurşidə nisbət
Sözü rövşən dedim yüzünə qarşu
------
Növcavan оl pir ikən dövran ki, canan dövridir
Şad оl, ey xəstə könül, kim, dərdə dərman dövridir
Zülməti-hicranə söylən hökmini tərk eyləsin
Bir günəş dоğdu arayə, mahi-taban dövridir
Lal оturma, söylə, ey can mürği, gəldi növbahar
Getdi qış vəqti aradan, uş gülüstan dövridir
Aşiqə mehr etdi dilbər, qalmadı cövri-rəqib
Küfr aralıqdan arındı, şimdi iman dövridir
Naümid оlma cahanda, ey gədayi-binəva
Dərgəhi-sultanə gəl kim, lütfü ehsan dövridir
Möhnəti-dünyadən, ey dil, fariğ оl, sürgil murad
Xürrəm оl, qəm çəkməgil kim, zilli-sübhan dövridir

-----
Bahar оldu ki, aləm gülşən оldu
Gözün aç, gör cahan nə rövşən оldu
Bəzəndi hər bir ağac bir gül ilə
Ağaclar cümlə gül pirahən оldu
Açıldı yazlar, bitdi çiçəklər
Gül ilə şоl bənövşə susən оldu
İrişdi və’dəsi badi-baharın
Behər su gül hezaran-xərmən оldu

---
منبع:
1- تاریخ اجتماعی ایران -مرتضی راوندی
2- ویکی پدیا
3-ŞAH İSMAYIL XƏTAYİ
ƏSƏRLƏRİ- BAKI-2005