Skip to main content

Bəxtiyar Vahabzadə.Mərziyə

Bəxtiyar Vahabzadə.Mərziyə
آ. ائلیار

ادامه: شعر وهاب زاده
Bəxtiyar Vahabzadə.Mərziyə Poema

Sən doğuldun qeyrətindən,cürətindən, Mərziyəcan,
Aldım sənin sorağını
ölümündən çox sonra mən Mərziyəcan.
Sən vuruşdun əlindəki silahla yox,
Qəlbindəki imanınla,inamınla.
Həkk elədin öz adını sən tarixə öz qanınla.
Min il keçsə qalacaqsan 27 yaşında sən,
Tarixin yaddaşında sən tələbəlik illərində
Sən sinifdən,sinfə yox,addımladın axtarışdan axtarışa.
Bir tapıntı yazılıbdır alnındakı hər qırışa.
Nəyi tapdın? Beynindəki sualların cavabın.
Bu dünyada sənin sevinc qismətini kor eyləyən
Bir ömürlük əzabını.
Sən gənc idin,
Neyləyirdin bu dərdləri,bu qəmləri?
Niyə gəlib səni tapdı bu dünyanın sitəmləri?
Düz demədim.
Onlar deyil,sən onları tapan oldun.
Beynindəki sualların arxasınca çapan oldun.

Kimi gəlir bu dünyaya bu dünyanı unutmağa,
Kimi gəlir dünyaya yox,öz qəlbinə züy tutmağa.
Kim gəlir bu dünyanın nəşəsini yaşamağa,
Kimi gəlir,bu dünyanın dərdlərini daşımağa.
Kimi gəlir,bu bu dünyadan umduğunu görürməyə,
Kimi gəlir,bu dünyaya öz odundan nur verməyə.
Kim gəlir bu dünyada olanlara daş atmağa.
Kim gəlir bu dünyada olmayanı yaratmağa.
Haqq istədin,
Dedin niyə,adı varın özü yoxdur?
Dedin niyə bu dünyanın əyrisi var,düzü yoxdur?
1-ci fəsil
-Haqq hardadır?
Bu sualın cavabın tarix boyu aradılar.
Duyğuları çözədilər,fikirləri daradılar.
O kitaba,bu kitaba baş vurdular.
Xəyalların,arzuların qanadında nağılları uydurdular.
Nağılı dedi:"Haqq axtaran,geyib dəmir çarıqları,
Gərək düşə Ağ babanın ağ yoluna.
Həqiqəti tilsimləyib tullayıblar dağ dalına.
Öz ağlına,öz gücünə,qüdrətinə,söz gücünə
Güvənənlər yola çıxsın.
Ümidlə qol-qola çıxsın!
Ayaqlarda dəmir çarıq,əldə çomaq,
Ər babalar,nər babalar yola çıxdı,
O dağ bu dağ,soraq- soraq...
Az getdilər,üz getdilər,
Dərə-təpə düz getdilər.
Min bulaqdan su içdilər,
Dağ aşdılar,düz keçdilər.
Bu dünyanın sirlərini oxudular varaq-varaq.
Ayaqlarda dəmir çarıq,əldə çomaq!
Bu dünyanı dolaşdilar qarış-qarış.
Nəsillərdən nəsilərə davam etdi bu axtarış.
Ata bezdi,döndü geri.
Oğul geydi,nəvə geydi,
Ataların,babaların çıxartdığı çarıqları.
Çox gəzdilər,çox getdilər.
Bu yollarda neçə-neçə çomaqları dəyişdirb,
Çarıqları əritdilər.
Həqiqəti "öz gözümlə gördüm"- deyən heç olmadı.
Haqq ağladı ürəklərdə
dünyadasa tapılmadı.
Səhənd dedi.-Həqiqətdir
Çarıqların,çomaqların dağ yolunda əriməsi.
Ayaqların qabarıdır,ürəklərin nisgilidir,
Nağıllara aldanmağın cəriməsi.
...Qızım,sən də bu gerçəyi bilən gündən
Həqiqəti nağıllarda axtarmadın,
Umdun ancaq el gücündən,sel gücündən.
Dedin-Mənə qulaq asan ey həqiqət qurbanları,
Həqiqətdir,zülm əlilə
məzlumların axıdılan al qanları.
Həqiqətdir həqiqətin müc olması
Həqiqətdir dərimizn soyulması.
Həqiqətdir ağ yalanın haqq adından danışması.
Həqiqətdir haqq bağıran ürəklərin
Ağ yalanla barışması.
Həqiqətdir həqiqətlə yalanların bir-birinə qarişması.
Həqiqətdir tonqallarda yanmağımız.
Həqiqətdir ölüm hökmü qabağında
Həqiqəti danmağımız
"Həqiqət var" -yalanına-bu riyakar nağıllara
Ömrümüzü satan olduq.
Xəyalların xumarında yatan olduq.
Ayaqlarda dəmir çarıq,əldə çomaq
Siz bunumu gəzirdiniz
bu dünyanı qarış-qarış dolaşaraq
Aradınız,axtardınız yalan sizə dayaq oldu.
Atalardan oğullara,babalardan nəvələrə
Qalan yalnız çarıq oldu,çomaq oldu.
Biz geydik o çarığı,
əgər uysaq nağıllara balamız da geyəcəkdir,
Nəvəmiz də geyəcəkdir.
Dağ dalında həqiqət var -deyəcəkdir
Babalardan miras qalan bu yalanı
Həqiqətin əvəzinə yeyəcəkdir,yeyəcəkdir
Gəlin indi biz uymayaq nağıllara,
Biz güvənək sərt əllərə,tunc qollara
Bu əllərlə,bu qollarla
olmayanı yaradaq biz
Budur bizim bu dünyada ən müqəddəs vəzifəmiz...
O "xatirat dəftəri"nə köçürürdü çoxdan bəri
Qəlbindəki ağrıları,beynindəki fikirləri.
Mərziyənin "xatirat dəftəri"ndən.12 fərvərdin1348.milad.1969-cu il 22 mart
Düşünürəm,demək varam.
Haqqımı da,borcumu da anlayıram
Düşünürəm,mən özümü dərk edirəm.
Düşünürəm,mən qanıram,mən görürəm,eşidirəm
Düşünürəm...