Skip to main content

آقای شاملی قصد جوابگوئی برای

آقای شاملی قصد جوابگوئی برای
کانال سیزده

آقای شاملی قصد جوابگوئی برای شما را ندارم چرا که ‌از قدیم خوب گفته اند « آنچه که عیان است چه گفتن به بیان است » هم در جنبش باصطلاح یاحسین میر حسین - سبز ها و چه در چند روز اخیر حرکت ملی آذربایجان هیچ همخوانی با ما آریائی هستیم عرب نمی پرستیم و امثالهم ندارد و نخواهد داشت خواسته های ما اگر چه بلحاظ اقتصادی وجه مشترک دارد ولی بلحاظ اجتماعی و فرهنگی خواسته های ما با فارس زبانها صد در صد متضاد و در مقابل هم هستیم پس بنا براین آذربایجان دنبال جانم فدای آذربایجان است و من ضمن قبول اطلاعیه آقا عباس لسانی این اطلاعیه را جهت اطلاع میفرستم اگر لطف کنید ترجمه اش را هم شما بکنید و در ضمن شعار مرگ بر دیکتاتوری - زنده باد آزادی شعار همگانی است
“Özgürlük adı ilə” başlayan müraciətdə bildirilir ki, "hazırda İranda gedən ictimai-siyasi hadisələri müxtəlif aspektlərdən analiz etmək mümkündür,

lakin bu mərhələdə bizə düşən ən önəmli məsuliyyət prosesi izləmək, hadisələrin Azərbaycanda təsir dairəmizdən çıxmasına imkan verməmək və hadisələri düzgün istiqamətə yönəltməkdir. Bəzi opozisyon adlanan siyasi cərəyanlar, yanlış və şovinizm siyasəti nəticəsində Azərbaycanda yaranan iqtisadi fəlakəti vasitə kimi istifadə edərək fars rasizminin qeyri-fars millətlərinə etdiyi zülm və ayrı-seçkilik siyasətini gözardı etməyə çalışır. Onlar elə göstərmək istəyir ki, sankı İranda bütün millətlərə eyni səviyyədə zülm olub və s. Öz projeləri uğrunda Azərbaycandan vasitə kimi istifadə etmək istəyənlər Azərbaycan türk millətinin haqlı istəklərini bu şübhəli dalğanın içində itirməyi planlaşdırır."



Tanınmış fəal sözünün davamında vuğulayıb ki, hadisələr anti-türk cərəyanların istədiyi istiqamətə yönələ bilməz.



“Artıq Hərəkatın yetirdiyi oyanıq və iş bilən oğul və qızlarımız var. Onlar prosesi diqqətlə izləyib bütün məkrli planları zərərsizləşdirəcəklər. Biz hələ ki, heç bir aksiyanın təşəbbüskarı deyilik. Ancaq Azərbaycanda olan iqtisadi gərginlik vəya mətbuatın təbliği nəticəsində Azərbaycanda baş verə biləcək mümkün nümayişləri diqqətdə saxlayıb, millətimizlə çiyin-çiyinə nəyin bahasına olursa-olsun aksiya və onun şüarlarını milli istəklərimizin doğrultusunda irəli aparıb, prosesin bu istiqamətdə getməsinə şərait yaratmalıyıq. Bu gün aksiyaları Azərbaycana daşımaq istəyənlərin bir neçə hədəfi var. O hədəflərdən biri mərkəzdə istifadə olunan şüar və ədəbiyyatı Azərbaycan şəhərlərinin etirazına calayaraq Azərbaycan türk milləti haqda dünya ictimaiyyətində fərqli bir təsəvvür yaratmaqdır. Ona görə də biz fəallar bütün prosesi nəzarətdə saxlayıb, bizə qarşı olan planları onların öz əleyhinə və millətimizin xeyirinə çevirməliyik.

Bütün hallarda bugünkü mövqeyimiz hər an dəyişə bilər və Milli Hərəkat bir yumruq kimi dərhal reaksiya mövqeyindən birbaşa əmələ keçə bilər.”- deyə A.Lisani açıqlamasının bir hissəsində qeyd edib.