Skip to main content

افکار و فعالیت رسولزاده در

افکار و فعالیت رسولزاده در
آ. ائلیار

افکار و فعالیت رسولزاده در ترکیه
Nəsiman YAQUBLU
Nəsiman Yaqublu Rəsulzadənin Türkiyədəki fəaliyyətindən yazır

Türkiyədə olduğu müddətdə M.Ə.Rəsulzadə müsəlman dünyasının böyük mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin yaradıcılığı və dünyagörüşü ilə ciddi maraqlanır. Onun böyük əhəmiyyət daşıyan fikirlərini, fəlsəfi düşüncələrini öyrənir. Bəs Şeyx Cəmaləddin Əfqani hansı işıqlı ideyaları ilə M.Ə.Rəsulzadənin diqqətini cəlb edirdi?. İlk öncə böyük mütəfəkkir milliyyət şüurunu oyatmağın vacibliyini vurğulayır və bütün xoşbəxtliyi də bu problemin həllində görüb yazırdı: “Milliyyət xaricində səadət yoxdur”.

Məhz bu illərdə o, Cəmaləddin Əfqaninin “Milli birlik fəlsəfəsi” əsərini farscadan türk dilinə çevirib “Türk Yurdu” jurnalında nəşr etdirdi.

Türkiyədə olarkən M.Ə.Rəsulzadə “Türk Ocaqları”ndakı dəyərli mütəfəkkirlərlə də yaxın təmaslar qurmuşdu. Belə ki, burada olan tanınmış şəxsiyyətlər arasında “türkçülük” ideyası ilə bağlı fikir mübadiləsi aparılırdı. Bu məsələdə Əli bəy Hüseynzadə ilə Ziya Göyalpın mövqeləri müxtəlif idi. Türk dünyasında ilk dəfə olaraq “türkləşmək, islamlaşmaq və müasirləşmək” fikrini irəli sürən Əli bəy Hüseynzadə “Osmanlı lisanını” qızğınlıqla müdafiə edirdi. Ziya Göyalp isə Əli bəyin “Türkləşmək, islamlaşmaq və müasirləşmək” fikrini əsaslı şəkildə işləyib sadə türkcə yazmağı, danışmağı irəli sürürdü.

Qeyd edək ki, Ziya Göyalpın dərin təhlil edib təkmilləşdirdiyi “türkçülük” ideyasının M.Ə.Rəsulzadəyə böyük təsiri olmuşdu. Bu haqda o, belə yazırdı: “...Mərhumun (Ziya Göyalpın) ”Türk Yurdu"nda nəşr olunan “türkləşmək, islamlaşmaq və müasirləşmək” məqalələri məni vəcdə gətirdi. Bakıya getdim. Mətbuat dil məsələsi ilə məşğul idi. Bu məsələdə Ziya nəzəriyyəsini müdafiə etməyə başladım. Türkçülüyü təbliğ üçün müharibə ərəfəsində çıxarmağa başladığımız “Açıq söz” qəzetinə Ziyanın sözlərini bir “şüar” götürdük. Daha sonra Ziyanın son zamanlarda “Türk millətindənəm, islam hümmətindənəm, qərb mədəniyyətindənəm” şəklində dediyi bu şüar türkçülük, xalqçılıq vəzifələri üzərində təşəkkül edən milliyyətpərvər “Müsavat” qəzetinin proqram müqəddiməsində yer tapdı. Rus istibdadında mütəbərrik xanlıqlar şəklində deyil, müttəhit və milli bir kütlə surətində nicat bulan Azərbaycan türklüyü bu istiqlalını tərtəmiz edəcək bayrağa, əsri məfkurəsi ilə mütənasib bir məna vermək istəyirdi. Bu mənanı da “türkləşmək, islamlaşmaq və müasirləşmək” məfhumlarında buldu: Bayrağı mavi, yaşıl və al rəngli qumaşlardan yapdı".

http://musavat.com/news/proje/nesiman-yaqublu-resulzadenin-turkiyedeki-fealiyyetinden-yazir_180794.html